Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Yay meyvəsi nektarin mövsümündə bol miqdarda yeyilməlidir.
İki min il əvvəl Çində yarandığı deyilən nektarinin genetik olaraq demək olar ki, eyni olan şaftalı ilə bir çox oxşarlıqları, həmçinin onunla müqayisədə bir çox üstünlükləri var.
 Sağlam Ol xəbər verir ki, bu meyvə yüksək lif tərkibi ilə seçilir. A, C vitamini, kalium və müxtəlif minerallarla zəngindir.
Nektarin yemək immunitetinizi gücləndirə və ümumi sağlamlığınızı yaxşılaşdıra bilər.
Aşağı kalorili meyvə olan nektarin aclıq hiss etdikdə əla qəlyanaltı variantıdır. Bundan əlavə, tərkibində çoxlu lif olduğundan, həzm sağlamlığınızı qorumaqla yanaşı, sizi tox saxlayacaq.
Nektarin həm də xərçəng riskinin qarşısını alır. “Food Chemistry” jurnalında dərc edilən araşdırmaya görə, nektarin və şaftalıdakı polifenollar sağlam hüceyrələrə mənfi təsir göstərmədən döş xərçəngi hüceyrələrini öldürməyə və onların böyüməsini dayandırmağa kömək edir.
Araşdırmalara görə, nektarin yemək kişilərdə ağciyər xərçəngi riskini də azalda bilər.
Qida rasionunuza nektarin əlavə etsəniz, həmçinin aşağıdakı faydaları əldə edəcəksiniz:
1. Ürək sağlamlığını yaxşılaşdırır.
2. İmmunitet sistemini gücləndirir.
3. Dərini gözəlləşdirir.
4. Arıqladır.
5. Gözlər üçün faydalıdır.
medicina.az